Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun inşasına 1954-cü ildə qərar verilsə də, arenanın tikintisi müəyyən səbəblərə görə təxirə salınmışdı. Lakin 1963-cü ildə meydançanın tikintisinə başlanılmış və 1966-cı il iyulun 1-də istifadəyə verilmişdi. 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionunun yenidən qurulması barədə sərəncam imzalanıb. 2022-ci ildə arenada təmir-tikinti işləri tam şəkildə başa çatdırılıb.